"Dəfələrlə demişəm ki, Rəşad Sadıqov…"

17 Aprel 2021 19:20 Zirə 1 186
"Dəfələrlə demişəm ki, Rəşad Sadıqov…"

"Dəfələrlə demişəm ki, Rəşad Sadıqov yaxınımızdır və dostumuzdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov işlədib.

O, "Zirə"nin oyun sistemi haqqında danışıb: "Sadıqovun komandası göz önündədir. Bu gün üçüncü sırada gedirsə, bu, əbəs yerə deyil.

Özü özbaşına buralara gəlməyib, bu, baş məşqçinin işidir. Komandası da əla qurulub. "Zirə" oyunun içində nə etmək lazım olduğunu yaxşı bilir.

Bu da rəqiblərə problem yaradır. Yaxın münasibət və dostluq meydandan kənardadır - iki rəqib üz-üzə gələcək".

Digər Xəbərlər
Xəbər Lenti