"Həyatımda ilk dəfə Avropa Liqasında oynayacam”.
Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Ceyhun Nuriyev deyib.
Bu ilin əvvəlində “Sabah”dan 100 min manat qarşılığında transfer olunan yarımmüdafiəçi Avroliqanı səbirsizliklə gözlədiyini deyib:
“Konfrans Liqasında yox, Avropa Liqasında mübarizə aparmağımız bizə 1 məğlubiyyət haqqı verir. Bu, bizim üçün yaxşıdır.
Azərbaycan çempionatından Avropa Liqasına yalnız 1 komanda vəsiqə qazana bilir.
Bizim hədəfimiz də Avroliqa idi. Avropa Liqasından başlamaq bizi bir addım öndə edir".

