Rəşad Sadıqov: "Sevdiyim sistem deyil, məcburiyyətdən buna əl atdıq"

25 Fevral 2021 18:50 Zirə 765
Rəşad Sadıqov: "Sevdiyim sistem deyil, məcburiyyətdən buna əl atdıq"

"İlk növbədə stadionun işçilərinə təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, meydanı ideal vəziyyətə gətirdilər".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis matçın maraqlı və gərgin alındığını söyləyib: "İlk hissədə ehtiyatlı oynadıq. İkinci yarıda isə matçın tempi qalxdı.

Rəqibin səhvindən istifadə edib qol vurduq. Vacib qələbə qazandıq. Bu gün heç-heçə də yaxşı nəticə ola bilərdi. Çempionatın liderlərindən biri ilə oynayırdıq. "Neftçi" bura iddialı gəlmişdi".

Sadıqov meydana 4 müdafiəçi çıxdıqlarını bildirib: "Rəqibin 5-3-2 sxemi ilə oynayacağını gözləyirdik. Amma heyətləri görəndən sonra bəzi dəyişikliklər etdik.

Bu gün 4 müdafiəçi ilə oynayırdıq. Sadəcə, Hacıağa Hacılı bir qədər arxa xəttə yaxın oynayırdı. Mənə görə, 5-li müdafiə sistemini ən yaxşı Antonio Konte oynadır.
Bütün sistemlərə yaxından bələd olmağa çalışıram. İstənilən halda qarşındakı rəqibi nəzərə almalısan. Bugünkü oyun üslubu sevdiyim sistem deyil. Məcburiyyətdən buna əl atdıq".

Xəbər Lenti