"Qurban Qurbanovu yaxşı tanıyan biri insan kimi deyə bilərəm ki..."

29 Noyabr 2023 01:50 Zirə 955
"Qurban Qurbanovu yaxşı tanıyan biri insan kimi deyə bilərəm ki..."

“Filmi izlədim. Əla təsir bağışladı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Rəşad Sadıqov Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” filmi barədə danışarkən deyib.

Hazırda "Zirə"nin baş məşqçisi olan R.Sadıqov deyib ki, bu film Qurbanovun motivasiyasını daha da artıracaq:

“Hamımız fəxr edirik ki, Qurban Qurbanova belə diqqət ayrılıb. Qurban müəllimi yaxşı tanıyan biri insan kimi deyə bilərəm ki, bu film onun üçün daha da motivasiya olacaq.

Təbii ki, buna qədər də bütün gücü ilə çalışırdı, bundan sonra daha əzmlə işləyəcək”.

Rəşad Sadıqov filmdəki prototipi olan 14 nömrədən də söz açıb:

“14 nömrə xoş təsir bağışladı. O illəri, o günləri, o oyunları xatırlamaq hər zaman xoşdur.

Qurban müəllimin parlaq futbol karyerasının bir parçası olmaq mənim üçün fəxrdir. Filmdə Maksim Medvedev, Riçard Almeyda da canlanırdı. Bunlar hamısı o illərin danılmaz qəhrəmanlarıdır”.

Digər Xəbərlər
Xəbər Lenti