Bakı klubunu yeni mövsümdə kimin çalışdıracağı bilindi

3 İyun 2020 10:38 Voleybol 918
Bakı klubunu yeni mövsümdə kimin çalışdıracağı bilindi

Qadınlardan ibarət “Azərreyl”i yeni mövsümdə kimin çalışdıracağı məlum olub.

Sportinfo.az xəbər verir ki, Bakı klub Famil Ağayevlə müqaviləni uzadıb.

34 yaşlı gənc mütəxəssisin 2016-cı ildən sükanı arxasında olduğu “dəmiryolçular”la 1 illik sözləşməyə imza atıb.

Ümumiyyətlə, növbəti mövsümdə komandada məşqçilər korpusunda dəyişiklik olmayacaq. Onat Kurtla Emin Əbilov yenə köməkçi funksiyasını yerinə yetirəcək. Çingiz Ağayev də Famil Ağayevin köməkçiləri sırasında yer alıb.

“Azərreyl” yeni mövsüm üçün sloveniyalı Moytsa Pene və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə 1 illik anlaşma əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?