Azərbaycan yığması 4-cü oyunda da məğlubiyyə\tə uğradı

24 Noyabr 2023 02:20 Voleybol 1 119
Azərbaycan yığması 4-cü oyunda da məğlubiyyə\tə uğradı

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, milli Litva yığması ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb - 3:0 (7:25, 14:25, 13:25).

Azərbaycan millisi bundan əvvəl Latviya, Ukrayna və Estoniyaya eyni hesabla məğlub olub.

EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər Lenti