COP29

Əcnəbi baş məşqçi gəncəli qızı bəyəndi, komandasına götürdü

17 Fevral 03:30 Voleybol 454
Əcnəbi baş məşqçi gəncəli qızı bəyəndi, komandasına götürdü

“Gəncə” voleybol klubu şəhər voleybol məktəbinin yetirməsi Fidan Dəmirova ilə müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, voleybolçu məşqçilər korpusunun seleksiya işi zamanı diqqəti cəlb edib.

Məşqlərdə fəallığı ilə seçilən idmançı ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb. Klub prezidenti Elvar Osmanov bu keçidi yüksək qiymətləndirib, istedadlı yerli voleybolçuların axtarışında olduqlarını bildirib.

Klub rəhbəri gəncəli oyunçu ilə müqavilə imzalamağın sevindirici hal olduğunu söyləyib:

“İnanıram ki, Fidan oyunu ilə həm azarkeşlərin, həm də gələcəkdə millilərin məşqçilər korpusunun diqqətini cəlb etməyi bacaracaq.

Baş məşqçimiz Sergey Çasnavitski Şəki və Tovuzda da seleksiya məşqlərini izləyib. Hazırda məşqçi ilə bu görüşlərlə bağlı müzakirələr aparırıq.

Əsas məqsədimiz yerli yeniyetmə voleybolçuların inkişafına kömək etmək və yığmalar üçün perspektivli idmançılar hazırlamaqdır”.

“Gəncə” Yüksək Liqada 13 turdan sonra 15 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"