Azərbaycan millisinin oyunçusu kritik vəziyyətdə Bakıya gətirildi, əməliyyat olundu - FOTO

1 Dekabr 2023 19:20 Voleybol 502
Azərbaycan millisinin oyunçusu kritik vəziyyətdə Bakıya gətirildi, əməliyyat olundu - FOTO

Azərbaycan millisinin və "Xarı Bülbül" (Şuşa) klubunun voleybolçusu Tural Həsənli əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klub rəsmi "feysbuk" hesabında paylaşım edib.

33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

azerbaycanli-voleybolcu-kritik-veziyyetde-bakiya-getirildi

Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb. Hazırda onun durumunun qənaətbəxş olduğu bildirilib.

“Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.

Xəbər Lenti