Azərbaycan yığması niyə qrupdan çıxa bilməyib?

11 Noyabr 2023 02:00 Voleybol 719
Azərbaycan yığması niyə qrupdan çıxa bilməyib?

“Avropa çempionatında müəyyən nəticələrimiz olsa da, qrupdan çıxa bilmədik.

Amma yaxşı komanda formalaşmışdı”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov deyib.

Ş.Bağırov yığmanın Avropa çempionatında uğursuz çıxışını dəyərləndirib:

“Mərhələ adlaya bilmədiyimiz üçün bu proseslərə daha diqqətlə yanaşmalı olduğumuzu düşündük. Millinin üzvləri kifayət qədər təcrübəli voleybolçulardır, müxtəlif ölkələrdə çıxış edirlər.

Yığmada işləmək təcrübəsi olan məşqçi dəvət etmişdik. Qrupdan çıxa bilməməyimizdə rəqiblərin çox güclü olmasının da rolu var idi.

Elə bizim qrupdan çıxan Türkiyə yığması Avropa çempionu oldu”.

Xəbər Lenti