Azərbaycan klubu yeni "Çağırış"a qələbə ilə başladı

30 Noyabr 2022 02:10 Voleybol 534
Azərbaycan klubu yeni "Çağırış"a qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət “Azərreyl” avrokuboklarda mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Super Liqanın gümüş medalçısı yeni mövsümdə Çelenc kubokunda qüvvəsini sınayır.

Eldar Yusubovun baş məşqçisi olduğu komanda yarışa 1/32 finaldan start verib. Bakı klubunun ilk rəqibi Slovakiya təmsilçisi “Slovan” olub.

Komandalar arasında ilk matç Bakıda baş tutub. “Azərreyl” ilk iki setdə rəqibi üzərində qələbə qazanıb. Üçüncü hissədə uduzan təmsilçimiz növbəti setdə rəqibindən üstün olub – 3:1

Qarşılıqlı razılaşma ilə sabah baş tutacaq cavab görüşü də Bakıda Voleybol Mərkəzində keçiriləcək. “Azərreyl” bu matça nominal qonaq qismində çıxacaq.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması saat 18:00-da başlayacaq.

“Azərreyl” (Azərbaycan) – “Slaviya” (Slovakiya) - 3:1 (25:20, 25:19, 19:25, 25:20)
Bakı, Voleybol Mərkəzi

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!