Azərbaycan millisinin rəqibləri müəyyənləşdi - AVRO-2023-də

17 Noyabr 2022 14:20 Voleybol 548
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi - AVRO-2023-də

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, 33-cü qitə çempionatında mübarizə aparacaq 24 yığma hərəsində 6 komanda olmaqla 4 qrupa bölünüb.

Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə qəbul edəcəyi turnirdə qüvvəsini sınayacaq Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Eldar Yusubovun yetirmələri C qrupunda mübarizə aparacaq.

2023-cü il avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək çempionatda millimizin qrupdakı rəqibləri Almaniya, Türkiyə, Çexiya, İsveç, Yunanıstan olacaq. Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.

2005-ci ildən Avropa çempionatlarının final mərhələlərinin daimi iştirakçısına çevrilən Azərbaycan yığması ardıcıl 10-cu dəfə yarışa qatılacaq.

Millimiz iki dəfə - 2005-ci və 2017-ci illərdə yarımfinala qədər irəliləyərək Avropanın dördüncüsü olub.

Digər Xəbərlər
Xəbər Lenti