Rumın qızları millimizə şans tanımadı

26 May 2021 02:24 Voleybol 2 038
Rumın qızları millimizə şans tanımadı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyada ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Qızıl Avropa Liqasına hazırlaşan yığmamız ev sahibləri ilə gücünü yoxlayıb.

Görüş rəqibin asan qələbəsi ilə yekunlaşıb. Rumıniya yığması təmsilçimizi 4:0 (25:18, 25:19, 26:24, 25:17) hesabı ilə məğlub edib.

Mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti