İndi Braziliyada adından söz etdirən azərbaycanlı hücumçu - FOTO

12 Yanvar 2021 21:00 Voleybol 815
İndi Braziliyada adından söz etdirən azərbaycanlı hücumçu - FOTO

Qadınlardan ibarət voleybol yığmamızın sabiq üzvü Polina Rəhimova karyerasını Braziliyada davam etdirir.

Sportinfo.az xəbər verir ki, hücumçu yerli çempionatın son qarşılaşmasında məhsuldarlığı ilə diqqəti cəlb edib.

Onun şərəfini qoruduğu “Sesi” son turda “Flamenqo” ilə münasibətləri aydınlaşdırıb. Meydan sahiblərinin 3:2 hesablı qələbə qazandığı görüşə Rəhimova damğa vurub.

Belə ki, yığmanın sabiq üzvü 38 xal toplamaqla qarşılaşmanın ən məhsuldar voleybolçusu olub. Braziliya çempionatının rekordunu təkrarlamaq üçün cəmi 1 xal çatmayıb.

Maraq üçün qeyd edək ki, rekord Tandaroy Keşta ilə Tiffani Abreuya məxsusdur. “Sesi”nin turnir cədvəlindəki mövqeyi də ürəkaçandı. Belə ki, bu komanda 22 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər Lenti