“Qalatasaray”ın virusa yoluxan futbolçuları sağaldı

1 Dekabr 2020 22:00 Türkiyə 771
“Qalatasaray”ın virusa yoluxan futbolçuları sağaldı

“Qalatasaray”ın koronavirusa yoluxan 5 futbolçusundan 4-ü sağalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə koronavirusa yoluxan futbolçulardan dördünün sağaldığı və onların son iki testinin neqativ çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də həmin oyunçular “Hatayspor”la oyunda forma geyinə biləcəklər.

“Qalatasaray”da Rayan Babel, Omar Elabdellaui, Yunes Belhanda, Okan Koçuk və Arda Turanın COVİD-19 testi pozitiv çıxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti