İki yeni legioner aldılar – Albaniya və Benin yığmalarından

6 Sentyabr 2020 12:20 Türkiyə 1 111
İki yeni legioner aldılar – Albaniya və Benin yığmalarından

“Ərzurumspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi fransız qapıçı Fabien Farnolleni transfer edib.

35 yaşlı qolkiperlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. “Bordo”nun yetirməsi olan, Benin yığmasında da forma geyinmiş Farnolle, son üç mövsümdə “Yeni Malatyaspor”un uğurları üçün çalışıb.

“Ərzurumspor” Albaniya yığmasının hücumçusu Armando Sadikunu da transfer edib. Hazırda ölkəsinin milli komandasının düşərgəsində olan 29 yaşlı futbolçu tezliklə Türkiyəyə gələrək rəsmi müqaviləyə imza atacaq.

Müqavilə ilə “Levante”yə məxsus olan alban forvard geridə qalan mövsümü icarə əsasında “Malaqa”da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti