Terimi təəccübləndirən, oğluna Tuncay adı vermək istəyən azərbaycanlı jurnalist - VİDEO

30 May 2020 11:48 Türkiyə 738
Terimi təəccübləndirən, oğluna Tuncay adı vermək istəyən azərbaycanlı jurnalist - VİDEO

Türkiyə millisinin və «Fənərbaxça»nın sabiq hücumçusu Tuncay Şanlı «CBC Sport»da yayımlanan «Türkiyədən futbol» verlişinə bağlanıb.

Sportinfo.az xəbər verir ki, o, tanınmış idman telejurnalisti Gündüz Abbaszadə ilə arasında olan dialoqdan danışıb.

Məlum olub ki, Abbaszadə Türkiyədə onunla üz-üzə gələrkən, ən sevimli futbolçusu olduğunu, onun adını oğluna vermək istədiyini bildirib.

Gündüz bəy sosial şəbəkə üzərindən bu hadisəyə qısaca aydınlıq gətirib: «11 il əvvəlin söhbətidir. Kayseridə, «Kadir Has» stadionunda keçirilmiş oyundan əvvəl olmuşdu. Təbii ki, zarafatdır. Fatih Terim çox təəccüblənmişdi».

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM