.jpg)
"Qalatasaray" və "Fənərbaxça"nın sabiq futbolçusu Fatih Akyel CBC Sport-da yayımlanan "Türkiyədən Futbol" proqramının qonağı olub.
Sportinfo.az xəbər verir ki, o, Pərviz Musayev və Elçin Cəfərovun birgə apardığı proqramda maraqlı açıqlamalar verib.
Fatih Akyel Çempionlar Liqası və Superkubok finalında qarşılaşdığı "Real"la görüşlərdə Roberto Karlosla arasında yaşanan xatirələrdən söz açıb:
"Real"la qarşılaşmalar mənim üçün xüsusi idi. Çünki o oyunlar ön plana çox çıxdığım qarşılaşmalar idi. Hətta dünya çempionatında Braziliya ilə matçlarda Karlos məni görüncə, "yenəmi sən?" deyə, soruşurdu. O, bu sualı hər qarşılaşdığımızda mənə verirdi".