Türkiyə Super Liqası belə keçiriləcək - Yeni qaydalar

10 May 2020 20:40 Türkiyə 717
Türkiyə Super Liqası belə keçiriləcək - Yeni qaydalar

Türkiyə Futbol Federasiyası iyunun 12-də bərpası gözlənilən Super Liqa ilə bağlı qaydaları açıqlayıb.

Sportinfo.az xəbər verir ki, oyundan əvvəl futbolçuların görüşməsi və ümumi komanda şəkli çəkdirməsi qadağan edilib.

Qol zamanı texniki zonada qol sevinci də qeyd edilməməlidir. Matç zamanı oyunçu və texniki heyət hakimlərdən ən azı 2 mert uzaqda dayanmalıdır.

Ehtiyat oyunçular sırasında 2 metrlik məsafə qoyulmalıdır. Harda olursa-olsun, topa əlcəksiz toxunulsa, top dezinfeksiya edilməlidir.

Meydanda və ehtiyat zonada hər kəs üçün ayrıca su butulkası qoyulmalıdır. Meydandakı futbolçulardan başqa hər kəs öz butulkasını özü daşımalıdır. Meydandan kənarda hamı maska taxmalıdır. Matçdan bir gün əvvəl və sonra bütün stadion dezinfeksiya edilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi