Murad Musayev "Sabah"ın futbolçularının ünvanına hansı sözləri işlətdi?

18 Avqust 2023 03:20 Sabah 6 417
Murad Musayev "Sabah"ın futbolçularının ünvanına hansı sözləri işlətdi?

"Sabah"ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Partizan"a uduzaraq turnirlə vidalaşmaları haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Bakıdakı ilk matçda "Sabah" 2:0 hesablı qələbə qazanıb. Cavab oyununda isə "Partizan" eyni hesabla qalib gəlib. Serbiya təmsilçisi "Sabah"ı penaltilər seriyasında üstələyib və mərhələ adlayıb - 5:4.

Musayev isə məğlubiyyəti bu cür şərh edib:

"Rəqibə meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. "Partizan" böyük qüvvə ilə irəli atılmışdı.

Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik.

Fasilədən sonra, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi. Əlavə vaxtda sərgilədiyimiz oyundan razı qaldım.

Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da dəyərləndirə bilmədik.

Təəssüf ki, penaltilər seriyasında məğlub olduq. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı.

Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. "Partizan" böyük təcrübəyə malik komandadır.

Onları növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram".

"Sabah" bu mövsüm tarixində ilk dəfə avrokuboklarda iştirak edirdi.

Digər Xəbərlər
Xəbər Lenti