“Azərbaycanda ev sahibi kimi iki oyun keçirəcəyik" - Arda Turan

11 Mart 2020 13:12 Türkiyə 849
“Azərbaycanda ev sahibi kimi iki oyun keçirəcəyik" -  Arda Turan

“Milli komandamızın Avropa çempionatında uğurlu çıxış edəcəyinə inanıram”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə yığmasının sabiq kapitanı Arda Turan deyib.

Qış fasiləsində “Başakşəhər”dən ayrıldıqdan sonra heç bir klubda çıxış etməyən 33 yaşlı yarımmüdafiəçi Türkiyə millisinin qitə birinciliyindəki şanslarını dəyərləndirib.

O, “ay-ulduzlular”ın qrup mərhələsinin iki oyununu Bakıda keçirməsini üstünlük hesab edib: “Azərbaycanda ev sahibi kimi iki oyun keçirəcəyik. Digər rəqib İtaliya isə seçmə mərhələdə 10 oyunun hamısında qələbə qazanmış komandadır.

Fikrimcə, millimiz onlarla başabaş mübarizə apara bilər. Komandamızın uğurlu nəticələrlə xalqımızı sevindirəcəyinə inanıram”.

AVRO-2020-nin A qrupunda yer alan Türkiyə millisi iyunun 12-də İtaliya ilə Romada, ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti