AFFA 3 aylıq müqavilə imzaladı - Milli komandaların baş məşqçiləri ilə

26 Yanvar 2024 18:00 Türkiyə 1 634
AFFA 3 aylıq müqavilə imzaladı - Milli komandaların baş məşqçiləri ilə

AFFA ötən mövsüm aşağı yaş qrupları üzrə yığmalarda çalışmış məşqçilərlə yeni müqavilə imzalayıb,

Millilərin çalışdırıcıları və onların köməkçiləri ilə anlaşmanın müddəti 3 aylıq uzadılıb.

Sövdələşmənin belə qısamüddətli olması təsadüfi deyil. Martın sonunda AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək.

Həmin vaxt federasiyaya yeni prezidentin seçilməsi gözlənilir. Hazırkı yönətim məhz bunu nəzərə alaraq, komandaların sükançılarına “yaşıl aralıq” verməyi qərara alıb.

Sadəcə, komandaların sükançıları arasında yerdəyişmə ediləcək.

Məlumat üçün bildirək ki, İlham Yadullayev U-15, U-16, Füzuli Məmmədov U-17, Elxan Abdullayev U-18 və Aqil Nəbiyev U-19-da işləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti