1 ay yaşıl meydandan uzaq qalacaq - “Qalatasaray”ın yeni transferi

17 Fevral 2024 10:00 Türkiyə 1 756
1 ay yaşıl meydandan uzaq qalacaq - “Qalatasaray”ın yeni transferi

“Qalatasaray”ın qış transfer pəncərəsi zamanı heyətinə qatdığı Serj Orye zədələnib.

Sportinfo.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü Afrika Millətlər Kubokunun Nigeriya ilə final matçında sıradan çıxıb.

31 yaşlı futbolçunun əzələsində zədə aşkarlanıb. O, bir ay yaşıl meydanlardan uzaq qalacaq.

“Qalatasaray” Serj Oryeni “Nottingem Forest”dən transfer edib. Sağ cinah müdafiəçisi “sarı-qırmızılar”ın heyətində debüt etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"