“Qalatasaray” rəsmisi Bakıya “Qarabağ”ın futbolçularına görə gəlib?

4 Fevral 2024 03:10 Türkiyə 1 485
“Qalatasaray” rəsmisi Bakıya “Qarabağ”ın futbolçularına görə gəlib?

Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən “Səbail” - “Qarabağ” (1:2) matçını izləyənlər arasında “Qalatasaray"ın futbol direktoru Cenk Ergün də olub.

Türkiyəli futbol funksionerinin Azərbaycana Ağdam klubunun futbolçuları Toral Bayramov və Elvin Cəfərquliyevə baxmağa görə gəldiyi ilə bağlı xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, C.Ergünün gəliş səbəbi futbolçularla bağlı deyil. Belə ki, o, paytaxtımıza şəxsi işləri üçün gəlib.

Sadəcə, onun gəliş vaxtı sözügedən matça təsadüf etdiyindən, qarşılaşmanı da izləmək qərarına gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"