"Ramil Şeydayevin fiziki çatışmazlığı var” - "Kocaelispor"un baş məşqçisi

26 Yanvar 03:50 Türkiyə 830
"Ramil Şeydayevin fiziki çatışmazlığı var” - "Kocaelispor"un baş məşqçisi

"Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam Türkiyə 1-ci liqasının 20-ci turunda "Altay"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib.

Sportinfo.az "Kocaeli Halk" qəzetinə istinadən xəbər verir ki, mütəxəssis komandanın yeni transferləri Ramil Şeydayev və Duhan Aksu haqda da danışıb.

Onların hazırkı durumu barədə suala cavabında E.Sağlam deyib ki, hər iki futbolçunun bugünkü fiziki formasında müəyyən çatışmazlıq var:

“Duhan bir az daha geridədir. Amma bu çatışmazlıqları yavaş-yavaş aradan qaldırırlar.

Komandanın istirahət günündə də məşq ediblər. İnşallah, onlar ən qısa zamanda komandanın içinə girib getdiyimiz yolda bizə dəstək olacaqlar".

R.Şeydayev ötən həftə "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

"Altay" - "Kocaelispor" görüşü yanvarın 28-i keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti