Salah “Trabzonspor”da 61 nömrəli formanı geyinəcək?

00:20 Türkiyə 95
Salah “Trabzonspor”da 61 nömrəli formanı geyinəcək?

“Liverpul”un sabiq hücumçusu Məhəmməd Salahın “Trabzonspor”a keçidi artıq rəsmiləşib. Türkiyə klubu misirli forvardın üzərində 61 rəqəmi olan formanı geyindiyi fotonu paylaşıb.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, 61 rəqəmi Trabzon bölgəsi üçün xüsusi məna daşıyır.

Bu rəqəm bölgənin poçt indekslərinin əvvəlində, eləcə də Trabzonda qeydiyyata alınan avtomobillərin dövlət nömrə nişanlarında istifadə olunur.

Bundan başqa, “Trabzonspor” azarkeşləri matçların məhz 61-ci dəqiqəsində xüsusi performanslar nümayiş etdirirlər.

Bununla belə, hələlik 34 yaşlı forvardın yeni komandasında məhz 61 nömrəli forma ilə çıxış edəcəyi dəqiqləşməyib.

Bildirilir ki, klub bu formanı sadəcə rəmzi xarakter daşıyan təqdimat məqsədilə hazırlamış ola bilər.

Salah bu yay “Liverpul”dan ayrılıb. Hücumçu “qırmızılar”ın heyətində iki dəfə İngiltərə çempionu (2019/2020, 2024/2025), UEFA Çempionlar Liqasının (2018/2019) və Klublararası dünya çempionatının (2019) qalibi olub.

O, həmçinin, İngiltərə kubokunu (2021/2022), İngiltərə Liqa kubokunu (2021/2022, 2023/2024), İngiltərə superkubokunu (2022) və UEFA superkubokunu (2019) da qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 18:10 Çək və bizə göndər!