“Qarabağ”ı “Bursaspor”a dəyişən Bayramovu məyus edəcək XƏBƏR

13 İyun 01:50 Türkiyə 1 788
“Qarabağ”ı “Bursaspor”a dəyişən Bayramovu məyus edəcək XƏBƏR

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun yeni transfer olunduğu “Bursaspor” Türkiyə I Liqasının yeni mövsümündə bəzi oyunları azarkeşsiz keçirə bilər.

Sportinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bununla bağlı klublara sorğu göndərib.

Belə ki, federasiya təhlükəsizlik məsələlərini nəzərə alaraq, bursalıların “Vanspor”, “Batman Petrolspor” və “Mardinspor”la matçlarının boş tribunalar önündə keçirilməsinin tərəfdarıdır.

Qurum bununla bağlı püşkatma öncəsi klublara rəsmi müraciət ünvanlayıb. Əgər razılıq əldə olunsa, “Bursaspor” adıçəkilən klublarla matçlarını azarkeşsiz keçirməli olacaq.

Toral Bayramov “Bursaspor”a bu yay “Qarabağ”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!