“Fənərbaxça”nın prezidenti postuna qayıtdı - 8 ildən sonra

01:30 Türkiyə 89
“Fənərbaxça”nın prezidenti postuna qayıtdı - 8 ildən sonra

“Fənərbaxça”da növbədənkənar prezident seçkiləri baş tutub.

Sportinfo.az xəbər verir ki, bu gün İstanbul təmsilçisinin yeni rəhbərinin adına aydınlıq gəlib.

Gərgin keçən seçkidə klubun sabiq rəhbəri Aziz Yıldırım ilə digər namizəd Hakan Safi mübarizə aparıb.

Səsvermənin yekununda A. Yıldırım rəqibini aşkar üstünlüklə geridə qoyaraq yenidən “Fənərbaxça”nın prezidenti seçilib. Klub üzvlərinin etimadını qazanan A. Yıldırım ən azı növbəti 1 il ərzində “sarı-lacivərdlilər”ə rəhbərlik edəcək.

A.Yıldırım daha əvvəl 1998-2018-ci illərdə (20 il) “Fənərbaxça”nın prezidenti vəzifəsini icra edib. O, 2018 və 2024-cü illərdə keçirilən seçkilərdə Ali Koça məğlub olaraq postundan uzaqlaşmışdı.

8 illik fasilədən sonra o, yenidən doğma klubunun rəhbərliyinə qayıdıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi
7 İyun 01:00 Bəhreynə qalib gəldik