"Ya mən klub prezidenti kimi yalan danışıram, ya da..."

17 Fevral 01:30 Türkiyə 250
"Ya mən klub prezidenti kimi yalan danışıram, ya da..."

“Fənərbaxça”nın prezidenti Ali Koç Türkiyə Futbol Federasiyasını (TFF) tənqid edib.

Sportinfo.az xəbər verir ki, buna səbəb dekabrda Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan Superkubok matçının təxirə düşməsidir.

Ali Koç matçın təxirə düşməsini dövlətin araşdırmalı olduğunu deyib.

O bildirib ki, federasiya problemi klubun üstünə atıb, bu isə doğru deyil:

"Biz bezmişik. Səbəb kimi klub göstərilir. Bu məsələni Ankaraya bildirəndə federasiya bizə işarə vurdu, bu isə məni çox narahat etdi.

Ona görə də dövlətimizdən xahiş edirəm ki, bu məsələ araşdırılsın, kimin doğru danışdığı, kimin yalan danışdığı aşkar edilsin ,çünki çox ciddi məsələdir”.

A.Koç açıqlamasında bildirib ki, klubun federasiya ilə Səudiyyə Ərəbistanı arasındakı müqavilədən xəbəri yoxdur:

“Bizim heç bir federasiya ilə aramızda müqavilə yoxdur. Bu tam yalandır.

Ya mən “Fənərbaxça” klubunun prezidenti kimi yalan danışıram, ya da sizə məlumat verən şəxs yalan danışır.

O, federasiyanın matçın tarixini hələ dəqiq təyin edə bilmədiyini vurğulayıb: “Amma ən qısa zamanda planlamalar gözləyirik. Apreldə olacağı gözlənilir”.

Digər Xəbərlər
Xəbər Lenti