“Qalatasaray” razılığını aldı - “Mançester Yunayted”in ulduzunun

7 Fevral 2024 15:40 Türkiyə 866
“Qalatasaray” razılığını aldı - “Mançester Yunayted”in ulduzunun

“Mançester Yunayted”in futbolçusu Kristian Eriksen karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçinin xidmətində “Qalatasaray” maraqlıdır.

31 yaşlı futbolçunun “Qalatasaray”la şəxsi şərtləri razılaşdırdığı bildirilir. “Sarı-qırmızılar” İngiltərə klubu ilə icarə müqaviləsinin şərtlərini müzakirə edir.

Eriksen 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 19 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"