Coşqun Diniyev "Beşiktaş"ın hücumçusu ilə çiyin-çiyinə oynayacaq

6 Fevral 2024 02:50 Türkiyə 1 054
Coşqun Diniyev "Beşiktaş"ın hücumçusu ilə çiyin-çiyinə oynayacaq

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin də formasını geyindiyi "Ümraniyespor" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, 1-ci liqa təmsilçisi "Beşiktaş"dan Emrecan Bulutu icarəyə götürüb.

21 yaşlı hücumçu 2023/24 mövsümünün sonunadək "Ümraniyespor"da oynayacaq.

Emrecan bu mövsüm "Beşiktaş"ın heyətində heç bir oyuna çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"