İki yeni legioner gətirdilər - Biri icarəyə, biri birdəfəlik

3 Fevral 10:00 Türkiyə 335
İki yeni legioner gətirdilər - Biri icarəyə, biri birdəfəlik

"Qalatasaray" heyətini iki yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Nottingem Forest"dən Serj Oryeni transfer edib.

"Qalatasaray" 31 yaşlı sağ cinah müdafiəçisi üçün İngiltərə klubuna 100 min avro təzminat ödəyəcək. Təcrübəli futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Cim bom"un digər transferi isə Karlos Vinisiusdur. Super Liqa nəhəngi "Fulhem"dən 28 yaşlı hücumçunu mövsümün sonuna kimi transfer edib.

Serj Orye 2022-ci ilin sentyabr ayından "Nottingem Forest"də çıxış edirdi. Fil Dişi Sahili millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Karlos Vinisius isə "Fulhem"ə 2022-ci ilin yayında "Benfika"dan transfer olunub. Braziliyalı forvard bu mövsüm komandanın heyətində keçirdiyi 16 qarşılaşmada 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti