Renat sonda meydana çıxdı, “Hatayspor” qələbə qazandı - Super Liqadan VİDEO

3 Fevral 01:10 Türkiyə 342
Renat sonda meydana çıxdı, “Hatayspor” qələbə qazandı - Super Liqadan VİDEO

Türkiyə Superliqasında 24-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" "Fatih Karagümrük"ü qəbul edib.

Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 89-cu dəqiqədə meydana çıxıb.

"Hatayspor" 28 xalla 12-ci, "Fatih Karagümrük" 24 xalla 16-cıdır. Siyahıya 60 xalla "Fənərbaxça" başçılıq edir.

"Hatayspor" - "Fatih Karagümrük" 3:1
Qollar:
Massanqa, 41 (1:0), Strandberq, 51-pen. (2:0), Lasaqna, 86 (2:1), Massanqa, 90+5 (3:1)

Digər Xəbərlər
Xəbər Lenti