Adı “Neftçi” ilə hallanan hücumçu Şahruddinin komandasına getdi

2 Fevral 2024 16:20 Türkiyə 1 244
Adı “Neftçi” ilə hallanan hücumçu Şahruddinin komandasına getdi

Qazaxıstan millisinin hücumçusu Abat Aymbetov karyerasını Türkiyədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı forvard “Adana Demirspor”la anlaşıb.

Adıçəkilən forvard Superliqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

O, 2025-ci il iyunun 30-na qədər Adana təmsilçisinə məxsus olacaq.

Aymbetovun adı “Neftçi” ilə hallanırdı. Əlavə edək ki, “Adana Demirspor”un qapısını milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"