Türkiyə klubunun prezidenti: "Mən bir gün Rəşad Sadıqovu burada görmək istəyirəm"

1 Fevral 16:00 Türkiyə 3 505
Türkiyə klubunun prezidenti: "Mən bir gün Rəşad Sadıqovu burada görmək istəyirəm"

«Rəşad Sadıqovu Antalyada gördüm, oturub söhbət etdik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kocaelispor»un prezidenti Engin Koyun deyib.

Türkiyə klubunun rəhbəri 2008-2009-cu illər aralığında bu formanı geyinmiş, hazırda isə «Zirə»nin baş məşqçisi işləyən R.Sadıqovla görüşdüyünü, ötən illərlə bağlı xatirələrdən danışdıqlarını bildirib:

«Rəşadı Kocaelidə yaxşı tanyırlar. Azarkeşlərimiz hələ də onu xatırlayır və sevir.

Çünki Rəşad klubumuzun çox çətin günlərdən keçdiyi bir dönəmdə bura gəlib, pul-para demədən sonadək meydana çıxıb.

O vaxt «Kocaelispor»un çox böyük maddi sıxıntıları var idi, futbolçuların pulunu ödəyə bilmirdi. Rəşadın Kocaelidə hansı çətinliklərlə üzləşməsindən xəbərdardır.

Özü də həmin günləri yada saldı. Şəhərdən, azarkeşlərdən danışdı.

Sadıqov beş-altı ay Kocaelidə yaşasa da, çoxlu maraqlı xatirələri var. Onları onun dilindən eşitmək mənə xoş oldu.

Dedi ki, «Kocaelispor»un çətin vəziyyətdən çıxmasına, bu gün Super Liqaya vəsiqə uğrunda mübarizə aparmasına çox sevinir.

Mən bir gün onu Kocaelidə görmək istəyirəm. Şəhər və azarkeşimiz onu böyük sevinc içində qarşılayacaq.

Digər Xəbərlər
Xəbər Lenti