Ali Koçu Aziz Yıldırımdan üstün tutdu - “Fənərbaxça”nın sabiq ulduzu

30 Yanvar 21:40 Türkiyə 321
Ali Koçu Aziz Yıldırımdan üstün tutdu - “Fənərbaxça”nın sabiq ulduzu

“Fənərbaxça”nın sabiq futbolçusu Matye Valbuena illər sonra Türkiyədə çıxış etdiyi zamanlardan danışıb.

Sportinfo.az xəbər verir ki, karyerasını “Apollon”da (Limassol) davam etdirən 39 yaşlı futbolçu Türkiyə mətbuatına müsahibəsində İstanbul klubunun prezidenti Ali Koçla bağlı diqqətçəkən ifadələr işlədib.

Fransız futbolçu A.Koçun çox yaxşı prezident olduğunu vurğulayıb :

“Mən həm Ali Koç, həm də Əziz Yıldırımı çox yaxşı tanıyıram. Düşünürəm ki, Ali Koçun yeri çox fərqlidir.

O, "Fənərbaxça"nın prezidenti ikən bir çox hadisələr və çətinliklər baş verdi. Klub prezidenti ilə iki dəfə görüşmək imkanım olub. Həmin anlar mənim üçün çox dəyərlidir”.

2017-ci ildə "Fənərbaxça"ya transfer olunan Matye Valbuena 2 ildən sonra “Olimpiakos”a yollanıb.

Yunanıstan klubunda 4 il keçirən təcrübəli futbolçu mövsümün əvvəlində Kipr təmsilçisi “Apollon”a transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti