“Qalatasaray”ın baş məşqçisi Türkiyənin futbol tarixinə necə düşdü?

30 Yanvar 15:40 Türkiyə 298
“Qalatasaray”ın baş məşqçisi Türkiyənin futbol tarixinə necə düşdü?

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə Super Liqasının tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis ölkə çempionatında ardıcıl 15 ev matçında qalib gələn ilk türkiyəli mütəxəssis olub.

Burukun baş məşqçisi olduğu İstanbul təmsilçisi son olaraq 23-cü turda doğma meydanda “Qaziantep”ə 2:1 hesabı ilə qalib gəlib.

“Cim-Bom” Super Liqada 60 xalla 2-ci pillədə qərarlaşıb. Lider “Fənərbaxça”nın da eyni xalı var.

Buruk 2022-ci ilin iyunundan “Qalatasaray”ı çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti