Şahruddin "Adana Demirspor"da tək-tənha qalacaq

30 Yanvar 08:40 Türkiyə 2 592
Şahruddin "Adana Demirspor"da tək-tənha qalacaq

Azərbaycan millisinin qapışısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da növbəti ayrılıq gerçəkləşəcək.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi qolkiper Ertaç Özbirlə yollarını ayıracaq.

Bu barədə klubun prezidenti Murat Sancak açıqlama verib.

Qış transfer dönəmində "Adana Demirspor"dan Yunes Belhanda, Yonas Svensson, Bünyamin Balat, Arber Zeneli və Kevin Rodriqes ayırılıb.

Şahruddin Məhəmmədəliyev ötən ilin sentyabr ayında "Qarabağ"dan "Adana Demirspor"a keçib. 29 yaşlı qapıçı "mavi şimşəklər"lərin heyətində 11 Super liqa matçında meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti