"Manisa"nın prezidenti azərbaycanlı oyunçunun transferi haqda "Sportinfo"ya AÇIQLAMA VERDİ

28 Yanvar 19:00 Türkiyə 924
"Manisa"nın prezidenti azərbaycanlı oyunçunun transferi haqda "Sportinfo"ya AÇIQLAMA VERDİ

«Sertan Taşkını bir müddət izlədik və transferini tezləşdirməyi lazım bildik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Manisa»FK-nın prezidenti Mevlut Aktan deyib.

Bəlli olduğu kimi, millimizin müdafiəçisi qış fasiləsində «Turan Tovuz»u «Manisa»ya dəyişib. Cinah oyunçusu TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağlayıb.

Türkiyə klubunun başqanı Taşkına görə «Turan Tovuz»a təzminat ödədiklərini bildirib:

«Mediada yazılıb ki. «Turan»a 50 min avro vermişik. Mən rəqəm deməyəcəm, sadəcə, təklif etdiyimiz məbləğin onları razı saldığını söyləmək istərdim.

Maddi şərtlərimiz Sertanı da razı saldı. Bizim skautlar onu Azərbaycanda bir neçə dəfə izləmişdi.

«Turan» bu ay Antalyaya gəldi, yoldaşlıq matçı keçirdi. Sertanı orada bir daha gördük, oturub danışdıq, anlaşdıq.

Özü də çox istədi ki, karyerasını «Manisa»da davam etdirsin. Onun komandamızı gücləndirdiyini deməliyəm.

Öz mövqeyində ən yaxşılardandır. Sertandan çox şey gözləyirəm.

Hər halda Azərbaycan millisinin formasını geyinib. Üstünlüklərinə bələdik. Sürətlidir, başla yaxşı oynayır».

Digər Xəbərlər
Xəbər Lenti