“Qalatasaray”ın müdafiəçisi üçün 22 milyon təklif etdi - "Bayer"

27 Yanvar 00:10 Türkiyə 404
“Qalatasaray”ın müdafiəçisi üçün 22 milyon təklif etdi -

“Qalatasaray” ın mərkəz müdafiəçisi Saşa Boey Almaniya nəhəngi “Bayer”ə transfer ola bilər.

Sportinfo.az xəbər verir ki, Münhen klubu futbolçuya 4 illik müqavilə təklif edib.

Almanlar bu keçid üçün 22 milyon avro ödəməyə hazırdır, “Qalatasaray” isə bonuslar daxil olmaqla 30 milyon avro istəyir.

Futbolçunun 3 milyon avrodan çox qazanacağı bildirilir. “Qalatasaray”la “Bayer” arasında isə danışıqlar hələ ki, davam edir.

Razılıq əldə olunarsa, almanlar Boeyi klubun təyyarəsi ilə Münhenə aparacaqlar.

Türkiyə Superliqasının 22-ci turunda “Qalatasaray”ın öz meydanında “İstanbulspor”u 3:1 hesabı ilə məğlub etdiyi oyunda fransız futboçlu heyətdə olmayıb.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk futbolçunun matçdan əvvəl ayağında ağrı hiss etdiyini və oynaya bilməyəcəyini demişdi.

Digər Xəbərlər
Xəbər Lenti