Ertuğrul Sağlam Ramil Şeydayevin PROBLEMİNİ AÇIQLADI

25 Yanvar 01:00 Türkiyə 760
Ertuğrul Sağlam Ramil Şeydayevin PROBLEMİNİ AÇIQLADI

"Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam komandanın yeni transferləri Duhan Aksu və Ramil Şeydayev haqda danışıb.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata açıqlama verən 54 yaşlı mütəxəssis hər iki futbolçunun hələ tam hazır olmadıqlarını bildirib:

"Duhan Aksu və Ramil Şeydayevin fiziki çəhətdən bir az əskiklikləri var. Duhan nisbətən daha geridədir.

Amma bunları yavaş-yavaş aradan qaldıracaqlar. Komandanın istirahət günündə də məşq ediblər.

İnşallah, onlar ən qısa zamanda komandanın içinə girib getdiyimiz yolda bizə dəstək olacaqlar".

Ramil Şeydayev "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI