Püşk atıldı, Dadaşovun komandasının rəqibi məlum oldu

24 Yanvar 2024 08:20 Türkiyə 1 409
Püşk atıldı, Dadaşovun komandasının rəqibi məlum oldu

Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" "Başakşəhər"lə üz-üzə gələcək.

Qeyd edək ki, İstanbul təmsilçisi bundan əvvəlki mərhələdə Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor"u mübarizədən kənarlaşdırmışdı.

Kubokun əsas favoritləri olan "Qalatasaray" "Bandırmaspor"u, "Fənərbaxça" isə "Qaziantep"i sınağa çəkəcək.

"Sivasspor" - "Konyaspor"
"Başakşəhər" - "Hatayspor"
"Gənclərbirliyi" - "Trabzonspor"
"Antalyaspor" - "Beşiktaş"
"Fatih Karagümrük" - "Samsunspor"
"Ankaragücü" - "24 Erzincanspor"
"Qalatasaray" - "Bandırmaspor"
"Qaziantep" - "Fənərbaxça"

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"