“Kocaelispor”un prezidenti Şeydayevin transferi haqda “Sportinfo”ya ŞOK AÇIQLAMA VERDİ!

23 Yanvar 20:00 Türkiyə 2 664
“Kocaelispor”un prezidenti Şeydayevin transferi haqda “Sportinfo”ya ŞOK AÇIQLAMA VERDİ!

“Biz onun adını hələ 3 il öncə transfer siyahımıza daxil etmişdik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kocaelispor”un prezidenti Engin Koyun deyib.

Bilindiyi kimi, millimizin hücumçusu Ramil Şeydayev bugünlərdə tailandı Türkiyəyə dəyişib. “Buriram Yunayted”dən ayrılan forvard “Kocaelispor”a keçib.

O, TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Klubun başqanı bildirib ki, Şeydayevi “Qarabağ”da forma geyindiyi dönəmdən tanıyır:

“Onun haqda kifayət qədər məlumatımız var idi. Ramili daim izləyirdik.

Bilirdik ki, ötən sezon Azərbaycan Premyer Liqasının bombardiri olub. “Qarabağ” və millidəki matçlarını izləmişdik.

Onda Ramilin transferini gerçəkləşdirə bilmədik. Qismət bugünə imiş... İndi onu Türkiyəyə gətirməyə çətinlik çəkmədik.

Tailanda problem yaşamasından xəbərimiz var idi. Bunu fürsət bildik və Ramilə təklif göndərdik.

Danışıqlarımız qısa sürdü. O, klub barədə ətraflı məlumat alan kimi “gəlirəm” söylədi.

Izah etdik ki, “Kocaelispor” camiəsi səbirsizliklə sənin yolunu gözləyir. Azarkeşlərimizin bu transferə necə sevinəcəyini dedik.

Baş məşqçimiz Ertuğrul Sağlamın onunla bağlı necə müsbət düşündüyünü söylədik”.

Digər Xəbərlər
Xəbər Lenti