“Mançester Yunayted”in qapıçısı -

22 Yanvar 2024 22:00 Türkiyə 909
“Mançester Yunayted”in qapıçısı -

“Qalatasaray” Fernando Musleradan sonrakı dönəm üçün qapıçı axtarışlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “sarı-qırmızılar”ın əsas hədəfi “Mançester Yunayted”də çıxış edən Altay Bayındırdır.

İstanbul təmsilçisi İngiltərə klubunda heyətə düşə bilməyən qolkiper üçün ilkin danışıqlara start verib.

Andre Onananın kölgəsində qalan türk qapıçı özü də daha çox forma şansı qazana biləcəyi komandaya getməkdə maraqlıdır.

Altay Bayındır mövsümün əvvəlində “Fənərbaxça”dan “Mançester Yunayted”ə transfer olunub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"