Super Liqa klubu baş məşqçi dəyişikliyinə əl atdı

20 Yanvar 2024 01:30 Türkiyə 951
Super Liqa klubu baş məşqçi dəyişikliyinə əl atdı

“İstanbulspor” baş məşqçisi Hakan Yakınla yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubu məlumat yayıb.

46 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. Yakın ötən ilin oktyabrından Super Liqa təmsilçisini çalışdırırdı.

Artıq komandanın yeni baş məşqçisi də məlumdur. Bundan sonra İstanbul təmsilçisini Osman Zeki Korkmaz çalışdıracaq.

41 yaşlı məşqçi ilə müqavilənin müddəti açıqlanmır. O, daha öncə 2021-2022-ci illərdə də bu komandaya rəhbərlik edib.

İstanbul komandası bu mövsüm ölkə çempionatında 7 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"