İkardi yenə “Qalatasaray”a üç xal qazandırdı - VİDEO

27 Sentyabr 2023 10:20 Türkiyə 635
İkardi yenə “Qalatasaray”a üç xal qazandırdı - VİDEO

Türkiyə Superliqasında 3-cü turdan təxirə salınmış oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, “Qalatasaray” səfərdə “İstanbulspor”la qarşılaşıb.

Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qalatasaray” 6 turdan sonra 16 xalla (6 oyun) liderdir. “İstanbulspor” isə 2 xalla (5 oyun) 19-cu pillədə qərarlaşıb. “Fənərbaxça” 15 xalla (5 oyun) 2-ci, “Rizespor” 11 xalla (6 oyun) 3-cüdür.

“İstanbulspor” - “Qalatasaray” 0:1.

Qol: İkardi, 42.

Digər Xəbərlər
Xəbər Lenti