Türkiyə millisinin baş məşqçisi: “Onun “Qarabağ”la matçda oynamasına təəccübləndim”

28 Mart 2023 00:30 Türkiyə 576
Türkiyə millisinin baş məşqçisi: “Onun “Qarabağ”la matçda oynamasına təəccübləndim”

“Abdülkerimin “Qarabağ”la matçda oynamasına təəccübləndim”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Ştefan Kuntz səhhətindəki problemə görə heyətdən kənarlaşdırılan Abdülkerim Bardakçının “Qalatasaray”ın heyətində “Qarabağ”la xeyriyyə matçının ikinci hissəsində meydana çıxmasına münasibət bildirərkən deyib.

Almaniyalı mütəxəssis 29 yaşlı mərkəz müdafiəçisinin başağrısına görə yığmanın düşərgəsini tərk etdiyini söyləyib:

“Bazar günü hazırlıq üçün toplandıq, dörd günlük dönəmin üç gününü Abdülkerim xəstəxanada keçirdi.

Həkimin raportunda yazılmışdı ki, futbolçu bir az dincəlməli və iki həftəlik müayinə dönəmi keçməlidir.

Biz onu riskə atmaq istəmədik. Ancaq əgər oynamağa hazır idisə, bura gəlməsi bizim üçün daha yaxşı olardı”.

Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Qalataaray” oyunu ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Ermənistan üzərində səfər qələbəsi qazanan Türkiyə yığması (2:1) martın 28-də Xorvatiyanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!