ABŞ-a gedəcək, yoxsa Türkiyəyə gələcək? - Gündoğan

26 Aprel 2022 15:40 Türkiyə 677
ABŞ-a gedəcək, yoxsa Türkiyəyə gələcək? - Gündoğan

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını MLS-də davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçinin "Siti" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır və futbolçu keçən ay müqaviləni uzatmaq istədiyini bildirsə də, klubla danışıqlar aparılmayıb.

Amma Gündoğan "Siti"dən ayrılacağı təqdirdə Türkiyə Superliqa klublarından birinə də keçə bilər. O, bu variantı istisna etməyib:

“Türkiyə kökənliyəm, ona görə də bu variant mənim üçün maraqlıdır”.

İlkay "Mançester Siti"yə 2016-cı il iyulunda Dortmund Borussiyasından keçib. “Transfermarkt”a görə onun hazırkı dəyəri 35 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM