“Beşiktaş”ın təklifi: 2+1

27 İyul 2021 12:00 Türkiyə 956
“Beşiktaş”ın təklifi: 2+1

“Beşiktaş” “Kalyari”nin futbolçusu Dieqo Qodini transfer edəcək.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub.

Bu barədə “tvitter”də jurnalist Nikola Skira yazıb.

Məlumata görə, uruqvaylı futbolçu ilə 2 illik müqavilə bağlanacaq. Amma şərtə görə, müqavilə daha bir illiyə uzadıla bilər.

Onun İstanbul nəhəngində nə qədər məvacib alacağı barədə məlumat verilmir.

Amma “Kalyari” məhz yüksək məvacib ödədiyi üçün onunla yolları ayırmaq istəyirdi. Qodin “Kalyari”yə ötə n ilin sentyabrında “İnter”dən keçib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq