“Qalatasaray”ın hücumçusu Premyer Liqa klubu ilə anlaşdı

28 Yanvar 2021 00:28 Türkiyə 828
“Qalatasaray”ın hücumçusu Premyer Liqa klubu ilə anlaşdı

“Qalatasaray”ın hücumçusu Mbaye Diane karyerasını İngiltərədə davam etdirəcək.

Sportinffo.az xəbər verir ki, 29 yaşlı futbolçu “Vest Hem”lə anlaşıb.

Bu barədə “Sky Sports” məlumat yayıb. Diane mövsümün sonuna qədər icarə əsasında Premyer Liqa klubunda mübarizə aparacaq.

“Vest Hem” mövsümün sonunda seneqallı futbolçunun transfer hüquqlarını ala bilər.

Diane bu mövsüm “Qalatasaray”la 19 oyunda 11 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!