Braziliyalı qapıçı Azərbaycan klubunun HƏDƏFİNDƏ - SON DƏQİQƏ

30 Mart 22:20 Turan 4 323
Braziliyalı qapıçı Azərbaycan klubunun HƏDƏFİNDƏ - SON DƏQİQƏ

"Turan Tovuz" yay fasiləsində heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

Qərb təmsilçisinin bir müddətdir danışıq apardığı futbolçunun kimliyi də bizə məlumdur.

Söhbət braziliyalı qolkiper Rodrigo Mouradan gedir.

28 yaşlı oyunçu hazırda "Çaves"in şərəfini qoruyur.

O, daha əvvəl Portuqaliyada "Vilafraquensa", "Aqueda", "Trofense", "Olhanense" klublarında çıxış edib.

Mouranın hazırkı klubu ilə müqaviləsi mövsümün sonu başa çatacaq.

Bölgə klubu onunla razılıq əldə edə bilsə, cənubi amerikalı azad agent kimi Tovuza gələcək.

"Çaves"də daha çox ehtiyatda qalan legioner qapıçı özü də Azərbaycana gəlməyə isti yanaşır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti